Taksilərdə gediş haqqı bahalaşıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 Bakıda ağır QƏZA: Taksi skuterlə toqquşdu, yeniyetmə öldü - VİDEO  |     17:10 Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə ediblər  |     16:31 Bakının bir küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  |     16:07 Azərbaycan güləşçisinə 36 aylıq CƏZA  |     15:38 DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu BİLİNDİ - FOTO (Yenilənib)  |     15:24 Bakının üç rayonuna prokuror təyin edilib  |     14:46 Həbib Nurməhəmmədov və İslam Maxaçev Bakıya gəliblər - FOTO  |     14:42 Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq  |     14:41 Azərbaycanda futbol klubunun rəhbəri, şirkət sahibi həbs edilib - TƏFƏRRÜAT  |     13:31 525 saylı marşrutda biabırçı vəziyyət - Video  |     13:29 Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında səfərdədir  |     12:48 Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycan vasitəsi ilə təxliyə edib  |     12:47 Nikol Paşinyan Türkiyəyə yola düşüb  |     12:41 Bakı və Abşeronda fasiləsiz suyun verilməsi nə vaxtdan bərpa ediləcək?  |     12:36 Arvadına dörd bıçaq vuran şəxsə şərti cəza verildi  |     12:35 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi başlayıb  |     12:30 Avstraliyanın XİN rəhbəri Azərbaycana təşəkkür edib (Yenilənib)  |     12:28 KİV: "İranla müharibə İsrailə gündə yüzmilyonlarla dollara başa gəlir"  |     12:19 Qubadlıda insan sümüklərinə bənzər skelet aşkarlandı  |     12:08 UFC-dən döyüşə bir gün qalmış Tofiq Musayevlə bağlı MARAQLI QƏRAR  |    

Taksilərdə gediş haqqı bahalaşıb?

Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumatda qeyd olunub.

Əhalidən zərurət olmadıqca evdən çıxmamaq tələb olunsa da, təəssüf ki, şəhərdə vəziyyət bir qədər başqadır.

Vətəndaşlar əvvəl marketlərdə bəzi məhsulların (zəncəfil, ət məhsulları, tərəvəzlər) bahalaşmasından, bu gün isə taksi xidmətinin bahalaşmasından şikayət edirlər. Paytaxtda fərdi qaydada taksi kimi fəaliyyət göstərən şəxslər sərnişinlərə eyni məsafəni fərqli, bəzən də baha qiymətə təklif edirlər. Metronun “20 Yanvar” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasının qarşısına qədər olan məsafədə hərəkət üçün sərnişindən 6-8 manat arası ödəniş tələb olunur.

Məsələni dəqiqləşdirmək üçün bir neçə taksi xidməti göstərən şirkətlə əlaqə saxladıq. Onlardan metronun “20 Yanvar” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasının qarşısına qədər olan gedişin qiymətinin nə qədər olacağını soruşduq.

Aldığımız cavablar belədir:

“Omega” taksi şirkəti - 3 manat
“Alo taksi” şirkəti - 4,10 manat
“Taxify” şirkəti - 3,55 manat
“Uber” şirkəti - 3,29 manat

Mövcud vəziyyətlə əlaqədar insanların bir-birinə qarşı daha diqqətli və anlayışlı davranması önəmlidir. Lakin təəssüf ki, bu məqam əksər hallarda unudulur. Qiymət məsələsinə gəldikdə isə, bu qalır fərdi qaydada taksi xidməti göstərən sürücülərin insafına.

Xatırladaq ki, ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilib.

Bildirilib ki, paytaxt ərazisində sərnişindaşımalar müntəzəm və ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək.

Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər.

Onu da qeyd edək ki, karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 075 01.04.20 19:13