Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Karantinə alınan voleybolçularımızdan son xəbər

31.03.2020 20:36 1 825
Karantinə alınan voleybolçularımızdan son xəbər
Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın voleybolçuları Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər.

"Report"un məlumatına görə, bunu onlar Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətinə açıqlayıblar.

İsrailin “Makkabi” (Hayfa) klubuna məxsus Yuliya Kərimova bildirib ki, Azərbaycana yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir. 35 yaşlı libero evə göndərilməsinin ikinci analizinin nəticəsinə əsasən bilinəcəyini deyib: “Bakıya gələrkən heç bir çətinlik yaşamadım. Paytaxta - Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırki duruma uyğun olaraq karantinə alınacağımızı dedilər. Artıq neçə gündür ki, burdayam. Nəzarətə götürülənlər üçün çox gözəl şərait yaradılıb. Hər şey yaxşıdır. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi hələ İsraildə olarkən səhhətimlə maraqlandı və qayıtmağım üçün lazımı köməkliyi göstərirdilər. Burda olduğum günlərdə isə milliminin həkimi və meneceri ilə hər gün danışıram. Dünən ikinci dəfə test vermişəm. Analizin cavablarını gözləyirəm, hər şey qaydasında olarsa, bir neçə gündən sonra evə buraxılacağam”.

Marqarita Əzizova da özünü yaxşı hiss edir. Polşa "Radomka"sının formasını geyinən 27 yaşlı hücumçunun sözlərinə görə, səhhətində hansısa problem yoxdur: “Varşavadan Bakıya çarter reysi ilə gəldim. Paytaxta qayıtmağımda Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Azərbaycan Voleybol Federasiyasının böyük köməkliyi oldu. Hazırda Azərbaycanda olduğum üçün onlara təşəkkür edirəm. Buraya gəldikdən sonra məni də bütün sərnişinlər kimi karantinə aldılar. Təbii ki, onlar kimi də müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evə yollanacam”.скачать dle 11.3
Mojo.az Banner