Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş infeksionist XƏBƏRDARLIQ etdi - İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr...

31.03.2020 13:30 1 435
Baş infeksionist XƏBƏRDARLIQ etdi - İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr...
Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib.

C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniyada və digər inkişaf etmiş dövlətləri cənginə alıb:

"İş o yerə çatıb ki, reanimasiya şöbələrində artıq xəstələrə qoşmaq üçün süni tənəffüs aparatları çatışmır. Yaşlı insanlardan tənəffüs aparatlarını götürüb cavan insanlara qoşurlar ki, onların həyatlarını xilas etsinlər, yaşlıları isə taleyin ümidinə buraxırlar. Belə halların artıq Avropa ölkələrlində müşahidə olunması bir faktdır. Bizim insanlar da bunu nəzərə almalıdırlar”.

C.İsayev qeyd edib ki, Azərbaycanda aparılan karantin tədbirləri nəticəsində xəstələnmə hallarının miqyası hələ yüksək deyil. Amma ölkəmiz də bu xəstəlikdən sığortalanmayıb:

"Əgər insanlarımız koronavirusun yayılmaması üçün verilən tövsiyələrə, karantin tədbirlərinə əməl etməsələr, barmaqarası yanaşsalar, "mənə heç nə olmaz” desələr, bu vəziyyət bizi də gözləyir. Ona görə də hamıdan xahiş edirik ki, insanlar dövlətin həyata keçirdiyi karantin tədbirlərinə, verilən tövsiyələrə, qoyulan qadağalara əməl etsinlər. Bu tədbirlər təkcə Azərbaycan dövləti tərəfindən deyil, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həyata keçirilən tədbirlərdir. Bunların da hamısı ona yönəlib ki, xəstəlik yayılmasın, insanların sağlamlığı, həyatı qorunsun. Hər bir insanın həyatı bizim üçün əzizdir".

Baş infeksionist qeyd edib ki, bütün bunları başa düşərək verilən tövsiyələri yerinə yetirmək lazımdır. Sanitar-gigiyena tələblərinə əməl edilməli, əllər düzgün qaydada yuyulmalı, dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir. İnsanların yerinə yetirməli olduqları ən vacib tədbir isə təcridolunmadır:


"Biz özümüz-özümüzü ətrafdan təcrid etməliyik. Çünki özünütəcrid olmadıqda yoluxma sayı daha çox olur, yoluxmalar kütləvi xarakter daşıyır. Buna görə də bir daha xahiş edirik ki, insanlar bütün bunlara əməl edərək həm özlərini, həm də Azərbaycan xalqını qorusun, səhiyyə sistemimiz üçün çətinliklər yaşatmasınlar”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Son xəbərlər