Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş infeksionistdən çağırış: “Vətəndaşlar dövlətin qərarlarına dəstək olmazsa, çətinliklər qaçılmaz olacaq”

20.06.2020 19:13 1 505
Baş infeksionistdən çağırış: “Vətəndaşlar dövlətin qərarlarına dəstək olmazsa, çətinliklər qaçılmaz olacaq”
Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bir sıra qərarlar qəbul olunub. Qəbul edilən qərarlar vətəndaşlar arasında COVID-19-a yoluxma hallarının azaldılması məqsədilə həyata keçirilir. Belə ki, ötən iki həftə ərzində həftəsonları müvafiq olaraq iki günlük sərt karantin rejimi tətbiq edilib. Mütəxəssislər verilən qərar nəticəsində ölkədə yoluxma sayının azalmasını müşahidə edib.

Median.Az
Oxu.Az-a istinadən xəbər verir ki, bütün tədbirlərə baxmayaraq, vətəndaşlar arasında karantin qaydalarına riayət etməyənlərin də sayı az deyil. Təəssüf doğuran məqamlardan biri də karantin qaydalarını pozan, qoruyucu vasitələrdən istifadə etməyən tibb işçilərinin, digər səlahiyyətli şəxslərin də olmasıdır.

Bu gün qəbul olunan qərarların tətbiq olunma zəruriliyini hər bir vətəndaş başa düşməli və dəstək olmalıdır. Ekspertlər, mütəxəssislər məhdudiyyətlərin tətbiq olunma müddətinin mövcud vəziyyətdə ən uyğun qərar olduğunu düşünürlər.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev redaksiyamıza açıqlamasında bildirib:

"Vətəndaşlar arasında artıq koronavirus infeksiyasına inanmayanların qaldığını düşünmürəm. Bəzi vətəndaşlarımız bu qərarlara subyektiv yanaşırlar. Mən onları başa düşürəm. Amma pandemiya ilə mübarizə çərçivəsində qəbul edilən qərarlar ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada təyin edilmir. Bu qərarlar mütəxəssislərdən ibarət kollegiya tərəfindən qəbul edilir. Operativ qərargahın üzvləri mütəmadi olaraq ölkədəki vəziyyəti analiz edirlər. Onun nəticəsində də növbəti qərarlar qəbul edilir”.

C.İsayev onu da əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunması ölkədəki mövcud vəziyyətdə adekvat qərardır:

"Bütün dünyada, o cümlədən də Azərbaycanda yeni yoluxma hallarının artması müşahidə olunur. Hökumət maksimum çalışır ki, insanlar arasında təması minimuma endirməklə, yoluxma hallarının artmasının qarşısını alsın. Daha əvvəl havanın temperaturu artdıqca epidemiyanın yayılmasının azalacağı proqnoz olunurdu. Lakin bununla yanaşı, onu da qeyd etmişdik ki, COVID-19 respirator infeksiya olsa da, yeni virusdur. Yeni virus olması ilə bərabər, hava-damcı infeksiyası kimi onun gedişatının hansı istiqamətə olacağını təxmin etmək çətindir.

Bununla mübarizənin yolu insanların ünsiyyətinin minimuma endirilməsi, qoruyucu vasitələrdən istifadə, karantin tədbirlərinə riayət etməkdir. Vətəndaşlar bu qaydalara maksimum əməl etməlidir ki, yoluxmalar artmasın. Əks təqdirdə, xəstəxanalar bu yükü qaldırmaqda çətinlik çəkər, reanimasiya şöbələrində, çarpayı fondunda müəyyən problemlərlə qarşılaşa bilərik. Bu günə qədər digər ölkələrlə müqayisədə Azərbaycanda səhiyyə sistemi stabil olaraq xəstələrin müalicəsinə nəzarət edə bilir. Lakin vətəndaşlar dövlətin qəbul etdiyi qərarlara dəstək olmazsa, çətinliklər də qaçılmaz ola bilər. Biz birlikdə güclü olub, çətin günləri arxada qoya bilərik”.

Xatirladaq ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən iyunun 21-i saat 00:00-dan iyulun 5-I səhər saat 06:00-a qədər ciddi karantin rejiminin tətbiq olunmasına qərar verilib.скачать dle 11.3
Mojo.az Banner