Mojo.az Banner
20:02 Bakı Dəmiryol Vağzalında Milli Musiqi Günü münasibətilə fleşmob keçirildi - VİDEO  |     19:56 Bakıda avtobus həyətin girişində qaldı - VİDEO  |     19:51 FIFA Qavinin cəzası ilə bağlı qərar verdi  |     19:43 Pakistanda bomba yüklü maşın məscidə çırpılıb - Ölənlər var  |     19:37 Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb  |     19:30 Şənbə günü hava necə olacaq?  |     19:24 Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək  |     19:15 Polşadan Azərbaycana qarşı təxribat - VİDEO  |     19:10 Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq  |     19:03 Makron bahalaşan benzin qiymətlərindən danışdı  |     18:45 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət  |     18:37 Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"  |     17:06 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular  |     16:40 Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı  |     16:24 Bakıda 12 gün komada qalan körpə xilas olundu  |     16:15 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar  |     16:13 Qızıl yenidən bahalaşdı  |     16:12 Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”  |     15:37 Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB  |     15:20 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi

28.03.2020 18:32 1 062
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi
Bu günlər koronavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açıb:

“Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də, televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.

Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb.

Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir. Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək, ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.

Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən, bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq.

Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq”.скачать dle 11.3
Mojo.az Banner