Mojo.az Banner
22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |     20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldü

19.03.2020 12:16 4 139
Bakıda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldü
Bakıda hamilə qadın ürək çatışmazlığından ölüb.

Hadisə ötən gün səhər saat 08:00-da paytaxtın Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 24 həftəlik hamilə olan 1989-cu il təvəllüdlü Ş.Mustafayevaya “mitral qabaq protezinin trombozu, kəskin ürək çatışmazlığı” diaqnozu ilə mart ayının 17-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xəstəxananın kardioreanimasiya şöbəsinə yerləşdirilən xəstəyə dərhal tibbi yardım göstərilib.

Həkimlər tərəfindən göstərilən tibbi yardıma baxmayaraq, 31 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Qadınla birlikdə bətnindəki körpə də tələf olub.

İlkin məlumata görə, Ş.Mustafayeva beş il əvvəl ürək əməliyyatı keçirib. Onun ürək çatışmazlığından ayın 18-i vəfat etdiyi bildirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner