Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq |
Mojo.az Avto
Mojo.az Avto

Gömrük Komitəsi vətəndaş qəbulunu məhdudlaşdırdı

17.03.2020 14:16 2 177
Gömrük Komitəsi vətəndaş qəbulunu məhdudlaşdırdı
Koronavirus infeksiyasının (COVID-19) ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyənləşdirilmiş sosial izolyasiya tədbirlərinə uyğun olaraq, 17 mart 2020-ci il tarixdən Dövlət Gömrük Komitəsində (DGK) vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər nəzərdə tutulub.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb. Fərdi qəbul üçün vətəndaşlardan Komitəyə gəlməmələri xahiş olunur. Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək.

Vətəndaşlar müraciətlərini yazılı şəkildə public@customs.gov.az elektron ünvanına göndərə və ya Komitənin rəsmi internet saytında fəaliyyət göstərən qurumun sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər.

Şifahi müraciətlərin, DGK-nın fəaliyyətilə bağlı sualların cavablandırılması üçün Komitənin 195/6 nömrəli “Çağrı Mərkəzi” ilə əlaqə yaradılması xahiş olunur.

Gömrük prosedurları ilə bağlı Komitə səviyyəsində həll edilməsi zərurəti yaranmış məsələlərlə əlaqədar vətəndaşlar 012-404-22-38 nömrəli telefonla “Qaynar xətt” vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər