Əvvəlcədən ödənişi edilən səfərlərin taleyi necə olacaq? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü  |     13:21 İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb  |     13:09 Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayanlar tutuldu  |     12:49 Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb  |     12:48 Günəşdə ikinci ən böyük partlayış baş verib  |     12:31 Ötən il Azərbaycanda övladlığa götürülən uşaqların sayında artım qeydə alınıb  |     12:29 BMT: "Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb"  |     12:27 Bakıda ƏMƏLİYYAT: Səkkiz nəfər 44 kiloqram narkotiklə ələ keçdi - Video  |     12:25 Nənəsinin evində əxlaqsızlıq yuvası təşkil edən qadınla bağlı QƏRAR  |     12:23 "Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı CİNAYƏT İŞİ açılıb  |     12:22 Xidmətdən boyun qaçıran erməni hərbçi özünə güllə xəsarəti yetirib  |     12:21 "Bitcoin"in qiyməti iyulun əvvəlindən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb  |     12:16 Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir - İDDİA (Video)  |     12:10 Arzu Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib - FOTO  |     11:53 Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib - FOTO  |     11:51 Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib  |     11:49 Rusiyada bloqer Arsen Markaryan həbs edildi  |     11:27 Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər  |     11:18 Azərbaycanda ailənin üçüncü uşaq itkisi - 11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı  |     23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |    

Əvvəlcədən ödənişi edilən səfərlərin taleyi necə olacaq? - VİDEO

Koronavirus səbəbilə dünyada insanların səyahətlərində azalmalar müşahidə olunur.

İnsanlar artıq hər hansı bir ölkədə deyil, regionda koronavirus olduğu təqdirdə ora getməkdən imtina edirlər. Təbii ki, yaranmış vəziyyət Azərbaycandan da yan keçməyib. Bu günlərdə sağlamlığı ilə bağlı əvvəlcədən planlaşdırılan, bayram tətili üçün öncədən bilet alan şəxslər var. Nəzərə alsaq ki, mart ayının 31-nə kimi demək olar əksər reyslər ləğv olunub, bu zaman əvvəlcədən ödənişi edilən səfərlərin taleyi necə olacaq?


Baku.TV xəbər verir ki, vəziyyətin kifayət qədər ciddi olamasına baxmayaraq, sağlamlığı ilə bağlı problemli şəxslər, vacib xarici səfərləri olanlar ölkəni tərk etmək məcburiyyətindədirlər. Bir neçə gün öncə bu məqsədlə səfər edənlər əllərində geri dönüş biletləri olmağına baxmayaraq, hava limanlarında qalıblar.

Səfəri təşkil edən tur agentliklərin nümayəndələri isə deyir ki, ən böyük zərbə onlara dəyib. Müştərilərinin bir qismi dünən Azərbaycan hava yolları tərəfindən təşkil olunan çarter reyslər vasitəsi ilə ölkəyə qayıtsa da, bir qismi hələ də gözləməyə məcburdur.

“Hətta bizdə dünən belə vəziyyət yarandı ki, İstanbul - Bakı reysi ilə uçmalı olan şəxsin səfəri heç cür alınmadı. Biz həmin şəxsə İstanbul - Moskva reysini təşkil etdik. Moskva - Bakı reysinin biletini isə özü alaraq ölkəyə gələ bildi”, - deyə turizim şirkətinin direktoru Pərviz Qasımov bildirib.

İnsanları düşündürən digər bir məqam isə, bir neçə ay öncə Novruz tətili üçün aldıqları aviabiletlərin taleyidir. Əgər eyni problemlə üzləşmisinizsə, o zaman istəyinizdən asılı olaraq, biletinizin tarixini ilin istənilən vaxtına təxirə sala bilərsiz:

“Bizim Novruz ərəfəsində Dubaya getməli olan müştərilərimiz vardı, onların turları ya ilin müxtəlif vaxtına dəyişdirilə bilər, istəmədikləri halda isə ödənişləri geri qaytarıla bilər. Bundan başqa, digər istiqamətlər var ki, onlara da martın sonuna kimi uçuşlar təxirə salınıb. Biz mütamadi olaraq hava yolları ilə əlaqə saxlayırıq onlar reys ləğv olunduğunda bildirirlər ki, tam olaraq müştərilərə ödənişləri geri qaytarılacaq”.

Ekspertlər hesab edir ki, pandemiyanın Azərbaycan turizminə təsiri ən yaxşı halda sentyabra qədər davam edəcək. Mövcud vəziyyətdə isə paytaxt ərzisində bir sıra mehmanxanaların öz fəaliyyətini dayandırması ən yaxşı addımdır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 123 16.03.20 22:13