Mojo.az Banner
23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |     22:28 Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - VİDEO  |     22:19 Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?  |     22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO  |     21:57 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb  |     21:36 Xəzər dənizində zəlzələ baş verib  |     21:25 Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi - VİDEO  |     21:13 Yanğında anasını itirən Ləman palataya köçürüldü  |     21:02 Ağadadaş Ağayev: "Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim"  |     20:52 Taksi sürücüsü həbs edildi - Hava limanından müştəri götürübmüş  |     20:32 Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi (VİDEO)  |     20:10 Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA  |     19:48 Moskva yaxınlığında təyyarə qəzaya uğrayıb  |     19:15 Lukaşenko 123 məhbusu əfv edib  |     18:46 Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU  |     18:23 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü (Video)  |     18:08 La Liqada ən bahalı futbolçuların adı məlum oldu  |     17:49 Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu  |    
Left Banner
Right Banner

Nazirlikdən rəsmi açıqlama: “Su İdmanı Sarayı dezinfeksiya olunub” - FOTO

12.03.2020 22:00 2 716
Nazirlikdən rəsmi açıqlama: “Su İdmanı Sarayı dezinfeksiya olunub” - FOTO
“Əhalinin ən çox istifadə etdiyi idman obyektləri koronavirusa görə dezinfeksiya olunur. Bunlardan biri də Su İdmanı Sarayıdır. Orda hər ay 2500 nəfərə yaxın uşaq və böyüklər məşğul olur”.

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Əhalinin ən çox istifadə etdiyi obyektlər koronavirus epidemiyasına qarşı mübarizə üçün qorunmalıdır. Daim bu obyektlərə baxış keçirilməli, dezinfeksiya işləri görülməlidir. Bəs insanların çox istifadə etdiyi Bakı Su İdmanı Sarayında vəziyyət necədir? Nazirliyin balansında olan quruma nəzarət edilirmi?

“Bu günlərdə kompleksdə koronavirusa qarşı dezinfeksiya işləri aparılıb və bu barədə sertifikat təqdim olunub. Əlavə olaraq kompleks daxilində xüsusi gigiyena və dezinfeksiya tədbirləri də aparılır, – deyə Səmayə Məmmədova bildirib.

Bakı Su İdmanı Sarayı da deyilənləri təsdiqlədi: “Kompleksin bütün dəhlizlərində xüsusi əl təmizləyici spirtlər quraşdırılıb, idman zalları antibakterial salfetlərlə təchiz olunub. İstənilən idman avadanlığı istifadə edilməmişdən öncə bu salfetlərlə əllər təmizlənir.

Həmçinin, qapı tutqacları, divarlar və döşəmələr mütəmadi olaraq xlor və digər kimyəvi vasitələrlə yuyulur. Personala gəlincə isə, onlar bütün gigiyena və dezinfeksiya qaydalarına riayət etməklə yanaşı, qonaqlara xüsusi maska və rezin əlcəklər ilə xidmət göstərirlər”.//oxu.az

скачать dle 11.3