Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər

10.09.2026 12:09 345
Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər
"Nəfəs çatışmazlığı hissi sadəcə narahatlıq deyil, həmçinin orqanizmin mümkün pozuntu barəsində vacib siqnalıdır".

Bu barədə rusiyalı terapevt Svetlana Burnatskaya Lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.

Svetlana Burnatskaya sakit vəziyyətdə tam şəkildə sinədən, dərindən nəfəs ala bilməməyin hansı təhlükəli xəstəliklərin simptomu ola biləcəyindən danışıb.

"Əgər tam şəkildə nəfəs ala bilmirsinizsə, bu, tənəffüs sistemi xəstəlikləri ilə bağlı ola bilər. Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi və pnevmoniya tez-tez nəfəs almaqda çətinlik çəkmək kimi halla müşayiət olunur. Bu halda hava çatışmazlığı hissi sinədə tıxanıqlıq, xırıltılı nəfəsalma və öskürəklə müşayiət oluna bilər", - deyə həkim xəbərdarlıq edib.

Svetlana Burnatskaya daha bir mümkün səbəb kimi anemiyanı qeyd edib. Onun sözlərinə görə, hemoqlobin səviyyəsinin aşağı düşməsi ona gətirib çıxarır ki, toxumalar daha az oksigen alır və bu səbəbdən də insan çatışmazlığı kompensasiya etmək üçün daha tez-tez və daha dərindən nəfəs almağa başlayır.

Həmçinin bu simptom ürək-damar xəstəlikləri zamanı da müşahidə oluna bilər. Həkim qeyd edib ki, məsələn, ürək çatışmazlığı və ya ürəyin işemik xəstəliyi zamanı qan oksigenlə daha az doyur və xüsusən də fiziki yüklənmə zamanı və ya uzanıqlı vəziyyətdə olarkən nəfəs darlığı, hava çatışmazlığı hissi yaranır.

Mütəxəssis digər təhlükəli səbəblərə tənəffüs əzələlərinin işini çətinləşdirən piylənməni, eləcə də psixogen xarakterli xəstəlikləri, məsələn, təşviş və narahatlıq pozuntularını aid edib.
//oxu.az

Son xəbərlər