Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa görə Türkiyədə turist qəbulu təxirə salınıb

11.03.2020 20:28 1 469
Koronavirusa görə Türkiyədə turist qəbulu təxirə salınıb
“Türkiyə üçün koronavirus riski ciddidir. Nə Avropa, nə də digər ölkələrlə əlaqələri birbaşa kəsmək mümkündür. Amma bu qlobal problemə qarşı mübarizə aparmaq üçün görəcəyimiz tədbirlər az deyil”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusla (COVİD-19) əlaqədar əhalini məlumatlandırmaq üçün Elm Qurumundakı toplantıdan sonra bildirib. Onun sözlərinə görə, xarici ölkə ilə əlaqədə olub koronavirusa yoluxan Türkiyə vətəndaşının səhhəti normaldır və ciddi nəzarət altındadır.

Türkiyənin Ticarət naziri Rühsar Pekcan koronovirusa yoluxma təhlükəsindən qorunmaq üçün istifadə olunan maska, əlcək və sair digər ləvazimatların, eləcə də ərzaq məhsullarının qiymətini süni şəkildə artıranlara qarşı mübarizə tədbirlərinə başlandığını deyib. Nazir bildirib ki, martın 16-dan aprelin sonuna qədər ticarət sahəsindəki beynəlxalq tədbirlər təxirə salınacaq.

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, xaricdən Türkiyəyə gələn turistlərin səfəri təxirə salınıb. Onun sözlərinə görə, turizm müəssisələrinin mövsüm açılışı martın 16-dan aprelin 16-na keçirilib.

Son xəbərlər