Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı

11.03.2020 17:28 1 297
Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı
Qobustan Milli Tarix-Bədii Qoruğunda koronavirus təhlükəsinə qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Qoruq bu gündən etibarən fəaliyyətini qismən müvəqqəti olaraq dayandırır.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirinin 06.03.2020-ci il tarixli müvafiq əmrinə əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda qabaqlayıcı profilaktik tədbirlər həyata keçiriləcək.

Bununla əlaqədar olaraq bildiririk ki, profilaktik tədbirlərin keçirildiyi müddət ərzində Qobustan abidələrini əks etdirən açıq səma altında muzey fəaliyyətini tam şəkildə davam etdirəcək.

Qoruğun muzey binası isə 11.03.2020-ci il tarixdən etibarən müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olacaq”.

Son xəbərlər