Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Fermerlərin elektron sistemlə subsidiya alınmasındakı problemə aydınlıq gətirildi

10.03.2020 19:49 1 602
Fermerlərin elektron sistemlə subsidiya alınmasındakı problemə aydınlıq gətirildi
Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, görülmüş böyük işlərə baxmayaraq, fermerlərin bəzi məsələlərdə məlumatsızlıqları hələ də mövcuddur. Fermerləri çaşdıran əsas məsələlərdən biri təchizatçı bazarının liberallaşdırılmasıdır:

"Biz fermerlər kimi, təchizatçıların da EKTİS-də qeydiyyatdan keçməsinə şərait yaratsaq da, rayonlarda fəaliyyətlərini qurmalı və fermerlərin onları tanımaları üçün təbliğatlarını aparmalıdırlar. Doğrudur, biz saytımızda bu təchizatçıların siyahısını, əlaqə nömrələrini yerləşdirmişik, amma təchizatçılar logistika və fermerlə əlaqələri yaxşılaşdırmalıdırlar. Fermerlər kartla alış-verişə alışmayıblar. Bildiyiniz kimi, Qaydalara uyğun olaraq, subsidiya vəsaitinin yalnız 25%-i nağdlaşdırıla bilər. Fermerin kart balansında da nağdlaşdırıla və nağdlaşdırıla bilinməyən balanslar ayrıca görünür. Gübrə almaq istəyən fermer almaq istədiyi həcmdə məhsulun qiymətinin 70%-ni kartındakı nağdlaşdırılmayan vəsaitdən ödəyə bilər. Qalan 30%-i isə özü nağd və ya nağdsız vəsaiti ilə ödəməlidir. Bu ilədək gübrə satışındakı mövcud olmuş qaydalara görə qiymətin 70%-ni dövlət təchizatçıya birbaşa ödəyirdi, fermer yalnız ödədiyi 30%-i qiymət kimi görürdü. İndi isə həmin vəsait fermerə subsidiya kimi köçürülür və fermerlər gübrə-pestisidlərin satışında dövlətin güzəşt etmədiyini düşünürlər".

AKİA sədri analoji halla əkin bəyanı etməyənlərin də rastlaşdığını qeyd edib. Subsidiya üçün müraciət etməyənlər gübrə qiymətlərindəki güzəşti görə bilmirlər. "Fermerləri EKTİS-də qeydiyyatdan keçməyə, əkin bəyanı etməyə çağıranda biz məhz bu yeniliklərə görə onların bu addımı atmalarını istəyirdik", deyən AKİA sədri əlavə edib ki, əkin bəyanı üçün fermerin sənədləri qaydasında olmalıdır. Kooperativ yaradanlar, başqa şəxslərə məxsus torpaqlarda əkin aparanlar yaratdıqları qurumun hüquqi statusunu təsdiqləyən sənədləri, müqavilələri qaydasında hazırlamalı, kooperativlər fərdin deyil, hüquqi şəxsin adına bank hesabı açdırmalıdırlar.

Qeyd edək ki, yeni subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 759 nömrəli Fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və həmin təlimçilər fermerlərlə görüşlərdə yeni subsidiya mexanizmini fermerlərə izah ediblər.

Son xəbərlər