Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü |
Mojo.az Avto
Mojo.az Avto

Fermerlərə ŞAD XƏBƏR

29.02.2020 20:43 1 510
Fermerlərə ŞAD XƏBƏR
Artıq fermerlərin kart hesablarına 10 milyon 565 min manat əkin subsidiyası məbləği köçürülüb.

Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

2020-ci ildə payızlıq əkinlərə görə müəyyən olunmuş subsidiyaların mərhələli şəkildə “Fermer kart”larına köçürülməsinə başlanıb. Bu günədək 30603 fermerin bank kartlarına ümumilikdə 10 milyon 565 min manat subsidiya məbləği köçürülüb. Subsidiya vəsaitlərinin kartlara yüklənməsi ilə bağlı www.eagro.az saytı vasitəsilə fermerlərin mobil nömrələrinə “Bəyan etdiyiniz əkin üzrə 2020-ci il əkin subsidiya məbləği hesabınıza köçürülüb, istifadə qaydaları ilə bağlı elektron kabinetinizə göndərilmiş bildirişdə tanış ola bilərsiniz” yazılmış xəbərdalıq mesajı göndərilib.

Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaratdıqları şəxsi kabinetə göndərilmiş bildirişdə subsidiyanın hesablanması, məbləğdən istifadə təlimatları yer alıb. Təlimatda qeyd olunur ki, “Hesabınıza köçürülən əkin subsidiyası Sizə əkin altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı istehsal vasitələrinin (gübrə, biohumus, ting, pestisid) alınmasına sərf olunan xərclərinin bir hissəsini kompensasiya etmək məqsədilə verilir.

Məbləğ bitki becərilən sahənin hər hektarına görə 200 manat baza məbləği bitki əmsalına vurulmaqla hesablanıb və Sizin elektron ərizəniz təsdiqlənib. Siz əkin subsidiyası məbləğinin 25 faizini nağdlaşdıraraq (bank terminalından çəkməklə) digər istehsal xərcləriniz üçün, 75 faizini isə istehsal vasitələri satan təchizatçılarının post-terminalları vasitəsilə gübrə, toxum, ting, pestisid almaq üçün istifadə edə bilərsiniz. Gübrə və biohumus alışı zamanı sizin alacağınız gübrə və biohumusun 30 faizini öz hesabınıza, 70 faizini isə əkin subsidiyası hesabına ödəyirsiniz”.

Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin payızlıq əkin məlumatlarının yoxlanılması prosesi başa çatmaq üzrədir. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına “Fermer kart”ının verilməsi prosesi davam edir. Artıq 179209 ədəd “Fermer kartı” hazırlanaraq fermerlərə paylanılması üçün bölgələrə göndərilib. Bu günədək 60 mindən çox fermer “Fermer kartı” əldə edib. Kartların paylanılması prosesinin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda EKTİS-də 472 min fermer qeydiyyatdan keçərək özələrinə şəxsi kabinet yaradıb. Fermerlərin bitkiçilik sahəsində fəaliyyətə görə alacaqları subsidiyalara əsas təşkil edən torpaq sənədləri və payızlıq əkinləri barədə bəyanları sistemə daxil edilib.

Son xəbərlər