Mojo.az Banner
17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana tibbi maska və respiratorların idxalı rüsumdan azad edildi - Baş nazirin qərarı

07.03.2020 18:27 1 811
Azərbaycana tibbi maska və respiratorların idxalı rüsumdan azad edildi - Baş nazirin qərarı
Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 84 №li qərarın izahını verib.

Baş Nazir Əli Əsədov bununla bağlı əmr imzalayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və buna uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir.

Bununla yanaşı, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət qərargah yaradılıb.

Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində vacib məsələlərdən biri də əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsidir.

Bu baxımdan, Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq bu qərara əsasən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad olunub.

скачать dle 11.3
Mojo.az Banner