Mojo.az Banner
15:12 8 milyon manatdan çox ƏDV vətəndaşlara qaytarılıb  |     14:46 Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb  |     14:33 Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləydi  |     14:30 İsrailin İstanbul konsulluğu qarşısında atışma: Biri öldürldü, ikisi tutuldu  |     14:09 Moskvada teatr əməkdaşları zəhərləndilər: Tamaşa ləğv edildi  |     13:45 Lənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI  |     13:30 Adil Şükürov dörd oyunluq cəza aldı  |     13:26 Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"  |     13:19 Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi  |     13:02 Bakıda yaşayış evi çökdü, xəsarət alan var - Video  |     12:51 Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb - CƏDVƏL  |     12:46 Bakıda 3 min ev su kollektorunun üzərində tikilib  |     12:40 Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?  |     12:32 Polis bu uşağın valideynlərini axtarır  |     12:30 200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti verib  |     12:28 "Real Madrid"in "Bavariya" ilə oyunu hansı kanalda yayımlanacaq?  |     12:28 Gəncədə Türkiyə vətəndaşı BIÇAQLANDI  |     12:26 KİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir  |     12:25 Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - Video  |     12:24 34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI  |    
Left Banner
Right Banner

Fevralın 10-dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək

12.01.2019 17:04 2 733
Fevralın 10-dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək
Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi ilə bağlı Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli qərarları ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

Komitədən Milli.Az-a verilən məlumata görə, bəzi məlumatlarda yanlış şərhlərə yol verilir, gömrük rüsumlarının artırılması ilə bağlı fikirlər irəli sürülür:

"Məlumat üçün bildiririk ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarına əsasən həmin malların Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər , elektron siqaret üçün maye, siqaret, siqar ve siqarillaların müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib.

Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.

Bildiririk ki, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilib və hazırda tətbiq edilən idxal gömrük rüsum dərəcələrində heç bir dəyişiklik edilməyib.скачать dle 11.3
Mojo.az Banner