Azərbaycanda spirt və maskaların satışına nəzarət gücləndirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 12 yaşında "eBay"də oyuncaq satırdı, indi milyonluq biznesə sahibdir  |     22:52 İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?  |     22:44 Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu  |     22:39 Bakıda oteldə yanğın olub  |     22:31 Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?  |     22:24 Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?  |     22:16 Bakıda tramvaylar bərpa olunacaqmı? (Video)  |     21:59 Növbəti günəş superfırtınası Yerə heç vaxt olmadığı qədər güclü təsir edə bilər  |     21:56 Azərbaycanlı PUA operatoru müharibədə həlak oldu  |     21:54 Gəncədə oğul atasını bıçaqladı  |     21:37 Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb  |     21:33 Rusiya üzərində 32 Ukrayna PUA-sı vurulub  |     21:23 Səfir: Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır  |     21:13 Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub  |     20:55 Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? (ARAŞDIRMA)  |     20:46 Gürcüstanın DTX rəhbəri 5 ay sonra istefa verdi  |     20:39 Pakistan və Banqladeş arasında birbaşa uçuşlar uzun müddətdən sonra bərpa edilir  |     20:33 Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var  |     20:28 Fransada sərnişinin pilot kabinəsinə girmək cəhdindən sonra təyyarə aeroporta geri dönüb  |     20:21 Ombudsman media subkyetlərinə və valideynlərə uşaqlarla bağlı çağırış edib  |    

Azərbaycanda spirt və maskaların satışına nəzarət gücləndirilib

Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirilib.

Median.Az
xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb:

"Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi maskaların qıtlığı yaşanır. İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrup və Nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıblar. Araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir".

Nazirlikdən bildirilib ki, sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb:

"Qeyd edək ki, dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır. İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 286 05.03.20 20:59