Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

İrandan Azərbaycanla sərhədin son vəziyyəti ilə bağlı AÇIQLAMA

05.03.2020 13:37 1 296
İrandan Azərbaycanla sərhədin son vəziyyəti ilə bağlı AÇIQLAMA
“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gediş-gəliş əvvəlki kimi deyil”.

Bu barədə oxu.az-a İranın Azərbaycandakı səfirliyindən iki ölkə arasındakı sərhədin son vəziyyəti ilə bağlı verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb:

“Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir. Həmçinin, Azərbaycan rəsmiləri öz vətəndaşlarının İrana səfər etməsinə də icazə vermir.

Lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməlidirlər və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar.

Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.

Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda, bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir”.

Son xəbərlər