Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İçərişəhərdə kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq - VİDEO

04.03.2020 18:42 1 649
İçərişəhərdə kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq - VİDEO
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyini qeyd etmək üçün burada keçirilməsi nəzərdə tutulan kütləvi bayram tədbirlərinə məhdudiyyət qoyulmayacaq.

Baku Tv xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riyad Qasımov deyib ki, bu münasibətlə həm ölkə daxilində, həm də xaricdə sərgilər, konsertlər keçiriləcək.

O qeyd edib ki, mədəni irsimiz şəhər əhalisini və paytaxtımıza gələn turist-qonaqları qədim tarixi ilə təəccübləndirməkdə davam edir.

R.Qasımov həmçinin əlavə edib ki, bu illər ərzində İçərişəhər və Bakı üçün ən mühüm arxeoloji tapıntılardan biri olan yeraltı hamam aşkarlanıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumatda isə bildirilir ki, koronavirusla bağli İçərişəhərə turist axınında dəyişiklik hiss edilməyib.


Qeyd edək ki, İçərişəhərdə koronavirus (COVİD-19) epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılır.

Son xəbərlər