Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus dünyada dərman istehsalının azalmasına səbəb ola bilər

02.03.2020 22:29 2 064
Koronavirus dünyada dərman istehsalının azalmasına səbəb ola bilər
Dünyanın bir sıra əczaçılıq şirkətləri koronavirusun yayılmasının mənfi nəticələri barədə xəbərdarlıq ediblər.

“Wall Street”in xəbərinə görə, bununla bağlı bəzi dərmanların istehsalı azala bilər.

Əsas əczaçılıq şirkətlərinin rəhbərləri dərman komponentlərinin təxminən 80%-nin xaricdən gəldiyini qeyd edir.

Eyni zamanda Qida və Dərman İdarəsi (FDA) komponentlərin hansı hissəsinin Çindən gəldiyi barədə məlumat əldə edə bilmədiyini açıqlayıb.

Qeyd edilir ki, Çin dərman şirkətləri üçün ən böyük bazarlardan biridir.

Son xəbərlər