Azərbaycan-İran sərhədində səyyar hospitallar yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 12 yaşında "eBay"də oyuncaq satırdı, indi milyonluq biznesə sahibdir  |     22:52 İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?  |     22:44 Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu  |     22:39 Bakıda oteldə yanğın olub  |     22:31 Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?  |     22:24 Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?  |     22:16 Bakıda tramvaylar bərpa olunacaqmı? (Video)  |     21:59 Növbəti günəş superfırtınası Yerə heç vaxt olmadığı qədər güclü təsir edə bilər  |     21:56 Azərbaycanlı PUA operatoru müharibədə həlak oldu  |     21:54 Gəncədə oğul atasını bıçaqladı  |     21:37 Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb  |     21:33 Rusiya üzərində 32 Ukrayna PUA-sı vurulub  |     21:23 Səfir: Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır  |     21:13 Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub  |     20:55 Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? (ARAŞDIRMA)  |     20:46 Gürcüstanın DTX rəhbəri 5 ay sonra istefa verdi  |     20:39 Pakistan və Banqladeş arasında birbaşa uçuşlar uzun müddətdən sonra bərpa edilir  |     20:33 Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var  |     20:28 Fransada sərnişinin pilot kabinəsinə girmək cəhdindən sonra təyyarə aeroporta geri dönüb  |     20:21 Ombudsman media subkyetlərinə və valideynlərə uşaqlarla bağlı çağırış edib  |    

Azərbaycan-İran sərhədində səyyar hospitallar yaradılır

Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Nazirlər Kabinetinin yanında qərargahdan məlumat verilib.

Qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 435 27.02.20 21:17