Torontoda Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 12 yaşında "eBay"də oyuncaq satırdı, indi milyonluq biznesə sahibdir  |     22:52 İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?  |     22:44 Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu  |     22:39 Bakıda oteldə yanğın olub  |     22:31 Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?  |     22:24 Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?  |     22:16 Bakıda tramvaylar bərpa olunacaqmı? (Video)  |     21:59 Növbəti günəş superfırtınası Yerə heç vaxt olmadığı qədər güclü təsir edə bilər  |     21:56 Azərbaycanlı PUA operatoru müharibədə həlak oldu  |     21:54 Gəncədə oğul atasını bıçaqladı  |     21:37 Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb  |     21:33 Rusiya üzərində 32 Ukrayna PUA-sı vurulub  |     21:23 Səfir: Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır  |     21:13 Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub  |     20:55 Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? (ARAŞDIRMA)  |     20:46 Gürcüstanın DTX rəhbəri 5 ay sonra istefa verdi  |     20:39 Pakistan və Banqladeş arasında birbaşa uçuşlar uzun müddətdən sonra bərpa edilir  |     20:33 Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var  |     20:28 Fransada sərnişinin pilot kabinəsinə girmək cəhdindən sonra təyyarə aeroporta geri dönüb  |     20:21 Ombudsman media subkyetlərinə və valideynlərə uşaqlarla bağlı çağırış edib  |    

Torontoda Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib - VİDEO

Kanadada yaşayan soydaşlarımız mənfur ermənilərin təcavüzkar simasını göstərmək üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirirlər. Belə layihələrdən biri də Toronto şəhərində baş tutub.


Belə ki, şəhərin mərkəzi küçələrinin birində Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib. Tədbir azərbaycanlıların Kanadada Multikultural Mərkəzinin (Azerbaijani Canadian Multicultural Center) təşəbbüsü ilə baş tutub.

Tədbirdə musiqiçilər Aydın Mehralıyev, Şervin Şadpur, Əhəd Məmmədov və Rövşən Tağıoğlunun müşayiəti ilə “Sarı gəlin” ifa olunub.



1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutub.

Bu qırğının nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər həlak olub, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 248 25.02.20 14:33