Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

“Diamond Princess”də olan ukraynalılar vətənlərinə təxliyyə olunmaq istəmirlər

25.02.2020 12:58 1 398
“Diamond Princess”də olan ukraynalılar vətənlərinə təxliyyə olunmaq istəmirlər
“Diamond Princess” kruiz gəmisində olan ukraynalıların əksəriyyəti vətənlərinə təxliyyə edilməkdən imtina ediblər.

Bu barədə “Gromadskoe radio” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin Konsulluq Xidmətləri İdarəsinin böhran idarəetmə şöbəsinin müdiri Maksim Kovalenkonun sözlərinə görə, “Diamond Princess” kruiz gəmisində olan Ukrayna vətəndaşları vətənlərinə təxliyyə olunmaq istəmirlər.

Hazırda 23 ukraynalının gəmidə, ikisinin isə xəstəxanada olduğu dəqiqləşdirilib. Onların hamısı ekipaj üzvləridir.

“Həmin şəxslərin öhdəlikləri müqavilə ilə müəyyən edilir, istəkləri də nəzərə alınır. İndiyə qədər onlardan 24-ü artıq Ukraynaya qayıtmaq niyyətində olmadıqlarını bildiriblər”, - deyə Kovalenko qeyd edib.

O deyib ki, Ukraynanın Yaponiyadakı səfirliyi, eləcə də ölkənin Xarici İşlər və Səhiyyə nazirlikləri ukraynalıların fikirlərinin dəyişə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, fevralın 5-də sərnişinlərdən birində koronavirus aşkarlandıqdan sonra “Diamond Princess” kruiz gəmisi Yaponiya sahillərində karantinə alınıb.

Son xəbərlər