Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi - FOTO

21.02.2020 17:30 1 685
Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi - FOTO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub.

Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd “F-1” qumbarası, 32 ədəd partron, habelə 8,895 qram narkotik vasitə heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı E.Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi məlum olub. E.Cəfərov Gürcüstan Respublikasında ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakı şəhərində gizlənirmiş.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir uğurlu tədbir zamanı Balakən rayon sakini əvvəllər məhkum olunmuş Əli Muğumov Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində tutulub.

Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus bir ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.

E.Cəfərov və Ə.Muğumov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.








Son xəbərlər