Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkmənistanda hər yeri, hamını tüstü ilə dezinfeksiya edirlər

31.01.2020 23:20 2 067
Türkmənistanda hər yeri, hamını tüstü ilə dezinfeksiya edirlər
Türkmənistanda koronavirusa görə çox narahatdırlar. Virusa yoluxmamaları üçün ölkədə az qala hər yeri, hamını dezinfeksiya edirlər.

Median.Az xəbər verir ki, Türkmənistanda mikrobların zərərsizləşdirilməsi tədbirləri üçün dəvətikanından istifadə olunur. Bu bitkini yandıraraq tüstüsünü hər yerə yayırlar. Hətta insanlara da bu tüstüdən verirlər.

Məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda profilaktik tədbirlər görülür. Sahə həkimlərinə ciddi tapşırıq verilib. Bütün evlər dəvətikanı tüstüsü ilə dezinfeksiya olunmalıdır.

Türkmənistan hökuməti bu tədbirlərin nəyə xidmət etməsi haqda rəsmi açıqlamadan yayınır. Amma həkimlər qeyri-rəsmi söhbətdə məhz koronavirusa görə belə addım atıldığını etiraf edir.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov xalq təbabətinə böyük əhəmiyyət verir, bu haqda kitablar yazır. Onun kitablarında dəvətikanı xüsusi yer tutur.

İndiyə qədər koronavirusa 10 mindən çox insan yoluxub, 200 nəfərdən artıq adam tələf olub. Virusun qeydə alındığı ölkələrin sayı 20-yə çatıb.//bizimyolinfo.az

Son xəbərlər