Mojo.az — elanlar
Son Xəbərlər
12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ədalət Şükürov 11 dəfə yol hərəkəti qaydasını pozub - RƏSMİ

30.01.2020 20:23 3 289
Ədalət Şükürov 11 dəfə yol hərəkəti qaydasını pozub - RƏSMİ
Bakı Nəqliyyat Agentliyi əməkdar artist Ədalət Şükürovun sosial şəbəkədə qurumu fəaliyyətsizlikdə günahlandırmasına münasibət bildirib.

Median.Az
xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Ədalət Şükürov son bir ildə dayanma və durma qaydalarını 11 dəfə pozduğu üçün barəsində inzibati tənbeh tədbiri görülüb:

“Agentliyin öz vəzifələrini icra etməsinin təsdiqi kimi sadəcə hörmətli əməkdar artistinin şəxsi avtomobili ilə törətdiyi və əməkdaşlarımız tərəfindən qeydə alınan bir neçə qayda pozuntusunu göstərmək istərdim. Belə ki, son bir ildə Ədalət Şükürov istifadəsində olan 10 PB 002 Dövlət Qeydiyyat Nişanlı avtomobillə dayanma və durma qaydalarını 11 dəfə kobud şəkildə pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin qayda pozuntularının əksəriyyəti avtobus dayanacağında dayanma, ikinci cərgədə dayanma, yolayrıcında dayanma və digər buna bənzər qayda pozuntularıdır.

Bakı Nəqliyyat Agentliyi hər bir hərəkət iştirakçısına hörmətlə yanaşaraq, paytaxtda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz eyni zamanda, rahat hərəkətini təmin etmək istiqamətində işlərini davam etdirir. Bu fəaliyyət zamanı ictimai statusundan aslı olamayaraq qaydayaları pozan hər bir sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bunu etməkdə əsas məqsəd isə bir daha vurğulayıram ki, paytaxtın küçə və prospektlərində fasiləsiz, təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyini təmin etməkdir.

Bəzi məşhur şəxslərin bu fəaliyyəti dəstəkləmək əvəzinə bəzən ictimaiyyətdə yanlış rəy formalaşdıra bilən subyektiv fikirlər yürüdürlər ki, bu da təəssüf doğurur.

Eyni zamanda, hörmətli əməkdar artistin maarifləndirilməsi və görülən işlər barədə məlumatlandırılması zərurətini nəzərə alaraq, onu məmnuniyyətlə fevralın 3-də Bakı Nəqliyyat Agentliyinə dəvət edirəm. Bu zaman hörmətli sənətçimizə qayda pozuntusuna dair foto materiallar da təqdim olunacaq. Ədalət Şükürovun dəvəti qəbul edəcəyinə və “Pul yığırlar” kimi iddialarına əsaslı cavab verəcəyinə ümid edirəm”.

Qeyd edək ki, Ədalət Şükürov BNA-dan şikayətçi olduğunu bildirib. İfaçı “İnstagram” hesabında qeyd edib ki, qurumun işçiləri heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar.//oxu.az

Son xəbərlər