Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda borcu olan şəxsi bıçaqla hədələyib pulunu aldılar

25.01.2020 18:07 2 279
Bakıda borcu olan şəxsi bıçaqla hədələyib pulunu aldılar
Bakıda borcunu vaxtında qaytarmayan kişi bıçaqla hədələnib.

Bu barədə Oxu.Az-a paytaxtın Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatlara görə, 39 yaşlı paytaxt sakini Emin Həmidov 35-ci polis bölməsinə müraciət edib.

O, yanvarın 22-də, saat 16.00 radələrində Admiral Naximov küçəsində tanışları Dilsuz və Anarın onun “Ford” markalı avtomobilinə mindiyini deyib. Ona bıçaqla hücum edərək maşının açarlarını əlindən alıblar. Sonra cinayətkarlar ondan 800 AZN gətirməsini və yalnız bu halda açarları ona qaytaracaqlarını bildiriblər.

E.Həmidovun sözlərinə görə, onun Vasif adlı şəxsə 1000 manat borcu olub və pulu vaxtında qaytara bilməyib. Buna görə Vasif yoldaşları Dilsuz və Anarı onun yanına göndərib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis şübhəli şəxslərin kimliyini müəyyənləşdirib. 33 yaşlı Dilsuz Əli oğlu Zülfiqarov və 31 yaşlı Vasif Vaqif oğlu Əliyev tutulublar. Üçüncü şübhəlinin də şəxsiyyəti müəyyənləşdirilib, lakin onun axtarışı hələ davam edir.скачать dle 11.3

Son xəbərlər