Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş Prokurorluq: İlkin Süleymanova işgəncə verilməsi haqqında məlumat həqiqəti əks etdirmir

24.01.2020 14:14 1 336
Baş Prokurorluq: İlkin Süleymanova işgəncə verilməsi haqqında məlumat həqiqəti əks etdirmir
Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı guya işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Belə ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib, o cümlədən, keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilmiş, bundan başqa məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də, 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İ.Süleymanovun istintaq təcridxanasına daxil olanadək, eləcə də, sonrakı dövr ərzində hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayəti daxil olmayıb.

Cinayət işi üzrə intensiv istintaq hərəkətlərinin həyata keçirildiyi bir vaxtda ayrı-ayrı şəxslər tərəfindən heç bir hüquqi əsasları olmayan mülahizələrin səsələndirilməsi yol verilməzdir və istintaq araşdırmalarının maraqlarına zidd olaraq ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına xidmət etməklə cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir.

Son xəbərlər