Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan sərhədində dörd azərbaycanlı tutuldu

22.01.2020 16:10 2 554
Qazaxıstan sərhədində dörd azərbaycanlı tutuldu
Yanvarın 21-dən 22-nə keçən gecə Xəzər dənizinin Qazaxıstan sərhədində azərbaycanlılar saxlanılıb.

Total.kz-nın məlumatına görə, “Sarbaz” sərhəd gəmisi radarla dənizdə naməlum obyekt aşkarlayıb.

Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, sərhədçilər gəminin işıqlarını yandırıb dayanmağı tələb edən siqnallar versələr də, buna məhəl qoyulmayıb.

Nəticədə, cənub-qərb istiqamətində hərəkət edən “Bayda” tipli qayıq Qazaxıstanın dövlət sərhədçiləri tərəfindən saxlanılıb.

Gəmidə 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd azərbaycanlı olub.

Onlar Qazaxıstan dövlət sərhəddini qanunsuz keçdikləri üçün məsuliyyətə cəlb olunublar.

Son xəbərlər