Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölümcül Çin virusuna görə ÜST fövqəladə toplantı çağırdı

21.01.2020 21:50 1 996
Ölümcül Çin virusuna görə ÜST fövqəladə toplantı çağırdı
Çin ərazisində yayılmağa başlayan və insandan insana keçdiyi təsdiqlənən yeni koronavirus Rusiya əhalisi üçün bioloji təhdid təşkil edir. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiyanın səhiyyə nazirinin müavini Sergey Kraevoy çıxış edib.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, Dövlət Dumasında çıxış edən nazir müavini bildirib ki, Çində koronavirusun səbəb olduğu infeksiya ölkə əhalisinin məruz qala biləcəyi bioloji təhlükəyə misaldır.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç isə “İnterfaks”a bildirib ki, təşkilat Çində yayılan yeni virusu donuz qripi, Ebola qızdırması və poliomielitin yaratdığı təhlükə ilə müqayisə edir. Onun sözlərinə görə, sabah yanvarın 22-də ÜST-nin xüsusi komitəsi həmin virusla bağlı fövqəladə toplantı keçirəcək. Toplantıda virusla bağlı dünya miqyaslı fövqəladə situasiya elan edib-etməmək məsələsi müzakirə olunacaq. Habelə yaranmış vəziyyətdə görüləcək tədbirlər nəzərdən keçiriləcək.

ÜST fəaliyyət göstərdiyi vaxtda indiyədək cəmi beş dəfə dünya miqyaslı fövqəladə situasiya elan edib: 2009-cu ildə donuz qripinə və poliomelitə görə, 2016-cı ildə Zika virusuna görə, 2014 və 2019-cu illərdə Afrikada Ebola qızdırmasına görə.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Çində yayılan və ikitərəfli sətəlcəmlə müşaiyət olunan ölümcül virusun Azərbaycanda qeydə alınmadığına əhalini əmin edir. Lakin ötən ilin son günlərindən başlayaraq xəstəxanalara virus mənşəli pnevmoniya ilə xəstələrin daxil olması, ölüm halları barədə xəbərlər gəlir. Dövlət Gömrük Komitəsi bildirir ki, Çində yayılan virusa görə ölkənin sərhəd-keçid məntəqələrində xüsusi rejim tətbiq ediləcək.

Son xəbərlər