Mojo.az Banner
13:46 21 yaşlı Fatimənin qətlinin DETALLARI  |     13:43 Azərbaycan XİN ABŞ-ni təbrik etdi  |     13:37 Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)  |     13:13 Abşerona çəyirtkə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO  |     23:01 Məşhur aktyor dünyasını dəyişdi  |     22:48 Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var  |     22:43 Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - Video  |     22:35 Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi  |     22:29 Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA  |     22:22 Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”  |     22:17 Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi  |     22:10 “Qarabağ”ın oyununa bilet satışı dayandırıldı - Səbəb  |     22:04 Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?  |     21:56 Müdafiə Nazirliyi məlumat yaydı  |     21:51 Ərdoğan Meloni ilə müzakirə apardı  |     21:44 Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB  |     21:39 Xarkovda faciəli şəkildə ölən Fatimənin yaxınlarından ürəkdağlayan sözlər (VİDEO)  |     21:31 Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:26 Bu ərazidə qaz olmayacaq  |     21:01 Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq cinayət: 11 nəfər məhkəmə qarşısında  |    
Left Banner
Right Banner

20 Yanvar faciəsi ABŞ Konqresində yad olundu

20.01.2020 12:54 1 682
20 Yanvar faciəsi ABŞ Konqresində yad olundu
16 yanvar 2020-ci ildə ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 Yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, “Qara Yanvar” kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırır.

Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist Partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılır və bildirilir ki, əslində, bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

Məlumatda qeyd olunur ki, “Qara Yanvar” hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqustda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci ildə isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib.

Bəyanatda məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurub.

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner