Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qobustan dağlarında Qalacıq mağaraları - VİDEO

16.01.2020 23:30 1 738
Qobustan dağlarında Qalacıq mağaraları - VİDEO
Qobustanda qayalıqda, daşlar arasında ovularaq tikilən mağaralar öz sirrini hələ də saxlamaqdadır.

Median.Az
xəbər verir ki, Qalacıq mağaraları rayonun Bədəlli kəndindən təxminən 3-4 min metr cənub-şərqdə yerləşir.

Tarixi mənbələrdə V-VI əsrə aid olduğu bildirilən mağara 6 otaqdan ibarətdir. Qayaların içində ovulan dairəvi hücrələr bir-birinə bağlıdır. Hər bir hücrənin daxilində giriş-çıxışı üçün yollar var.

Qalacıqlara gedən yol əlverişsiz olduğundan buradan çox az adamın xəbəri var. Çox təssüf ki bu qədim məkan turistik imkanlarından yararlana bilmir.

Əgər bura turizm marşurutu salınarsa, bu mağaralar tez bir zamanda məşhurlaşar.

Son xəbərlər