Mojo.az — elanlar
Son Xəbərlər
22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan müsabiqənin qalibləri məlum oldu

15.01.2020 19:11 2 414
Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan müsabiqənin qalibləri məlum oldu
Yanvarın 15-də Rusiya Azərbaycanlı Gənclər İttifaqının (RAGİ) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “AMOR Təqaüdü” müsabiqəsinin qalibləri məlum olub.

Median.Az
xəbər verir ki, bu il, ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər İttifaqı tərəfindən, Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı tələbələr, məbləğindən asılı olmayaraq təhsil haqlarının ödənilməsi üçün unikal fürsət əldə edəcəklər. Rusiya Azərbaycanlı Gənclər İttifaqının saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə elan edilmiş müsabiqənin sənəd qəbulu yekunlaşıb, daha sonra tələbələrin müraciətləri müsabiqənin tələblərinə uyğun olaraq yoxlanılıb və qaliblər müəyyən edilib.

Xatırladaq ki, müsabiqədə Rusiya Federasiyasının universitetlərində əyani əsasda bakalavr və ya magistr proqramları üzrə təhsil alan əlaçı Azərbaycanlı tələbələr iştirak edib.

Rusiya Azərbaycanlı Gənclər İttifaqı Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Rusiya Federasiyasında Azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradılıb. Qeyd olunan layihə, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək göstərmək və gənclərin təhsilə olan marağını artırmaq məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, Rusiya Azərbaycanlı Gənclər İttifaqı təqaüd layihəsini bu ildən etibarən hər il keçirəcək. Bununla əlaqədar gəncləri, təşkilatın www.amor.az rəsmi saytını və sosial şəbəkələrdə fəaliyyətini izləməyə və gələcək müsabiqələr haqqında məlumatlı olmağa dəvət edirik.

Son xəbərlər