Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib

19.03.2020 17:07 1 441
Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın göstərişi ilə Rusiyada təhsil alan Azərbaycan vətəndaşlarının vətənə qayıtmasına yardım göstərilib.

APA-nın verdiyi məlumata görə, koronavirusun yayılması riskinin artması ilə əlaqədar Rusiya ali məktəblərinin yataqxanalarından çıxarılan azərbaycanlı tələbələr AMOR təşkilatına yardım üçün müraciət ediblər.

Təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə həmin tələbələrə dəstək göstərilərək, onların vətənə qayıtması xərcləri qarşılanıb.

Son xəbərlər