Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib | 22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ |
Mojo.az Avto
Mojo.az Avto

Hakerlər məşhur şəxslərin məlumatlarını oğurlayıb - “Samsung”da ciddi boşluq

10.01.2020 17:46 3 144
Hakerlər məşhur şəxslərin məlumatlarını oğurlayıb - “Samsung”da ciddi boşluq
Kibertəhlükəsizlik üzrə ekspertlər Cənubi Koreya sakinlərinə hücum edən haker şəbəkəsini ifşa ediblər. Mütəxəssislərin qənaətinə görə, cinayətkarlar "Samsung” smartfonlarında mövcud olan təhlükəli boşluqdan yararlanıblar.

Median.Az "ICTnews”a istinadən xəbər verir ki, anonim hakerlərin əsas hədəfi məşhur şəxslərə, o cümlədən aktyor, musiqiçi və fotomodellərə məxsus smartfonlar olub.

Ekspertlərin sözlərinə görə, Cənubi Koreyada yardım üçün müraciət edən beş populyar şəxs qabaqcıl "Samsung Galaxy” smartfonlarının istifadəçisi olub. Cənubi Koreyada fərdi məlumatlara müdaxilə etməklə şantaj ediləcək çoxlu məşhur mədəniyyət xadimi var.

Təhqiqat materiallarına görə, hakerlər məsafədən "Samsung” istifadəçilərinin "bulud” məlumat saxlanclarına müdaxilə edərək telefon kitabçası, zənglər tarixçəsi, SMS, fotoşəkil və videoyazıları ələ keçiriblər. Daha sonra fırıldaqçılar qurbanla messencerlər vasitəsilə əlaqə saxlayaraq pul tələb ediblər. İstifadəçilər bundan imtina etdikdə isə materialların internetdə dərc ediləcəyi ilə şantaj olunublar. Hakerlərin nə qədər istifadəçiyə hücum etməsi barədə məlumat verilmir.

Ekspertlər qeyd edib ki, məşhur insanlara marağın böyük olmasına baxmayaraq fırıldaqçıların pul qazanmaq üçün Cənubi Koreyadan kənarda yaşayan adi istifadəçilərin də smartfonlarına müdaxilə etməsi mümkündür. "Samsung” şirkəti təhqiqata hələ ki reaksiya verməyib.

Son xəbərlər