Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Apple” şirkəti “Samsung”a cərimə ödəyəcək

30.03.2021 21:53 1 371
“Apple” şirkəti “Samsung”a cərimə ödəyəcək
ABŞ-ın "Apple" şirkəti "OLED" panellərin tədarükünə dair müqavilənin pozulmasına görə Cənubi Koreyanın "Samsung" korporasiyasına cərimə ödəyəcək. Bu barədə Cənubi Koreyanın "The Korea Herald" nəşri məlumat yayıb.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, sahə üzrə anonim icmalçıların nəşrə müsahibədə bildirdiyinə görə, "Apple" şirkəti smartfonlar üçün tədarük edilən "OLED" panellərin alınmamasına görə "Samsung Display" korporasiyasına cərimə ödəyəcək. Şirkətlər arasında müqaviləyə görə, ABŞ İT nəhəngi müəyyən sayda "OLED" ekranların satın alınmasına görə üzərinə öhdəlik götürüb. Bu tələb yerinə yetirilmədiyi halda sifarişçi icraçıya cərimə ödəməlidir.

Məlumata görə, "Apple" şirkəti "iPhone 12 mini" smartfonunun istehsal tempinin azalması səbəbindən lazımi sayda komponent hissələr almaqdan imtina edib. Blogerlərin əvvəlki məlumatına görə, "Apple" şirkəti 2020-ci ilin ən ucuz qabaqcıl modelinin aşağı satış həcmindən məyus olub və qurğunu istehsaldan çıxarmağa hazırlaşır.

Problemlər, həmçinin "Samsung" tərəfindən tədarük edilən "OLED" panellərin 5,4 düym diaqonallı olması və "12 mini" modelindən başqa digər qurğularda istifadə edilə bilməməsi ilə əlaqədardır. Bundan başqa, "Apple" tərəfindən öhdəliklərin pozulmasına görə "Samsung Display" korporasiyasının "OLED" panellərinin tədarük həcmi bir ay ərzində 9 faiz azalıb.

Anonim mənbə jurnalistlərə deyib ki, "Apple" şirkətinin "Samsung Display" korporasiyasına cərimə ödəyəcəyi məlum deyil, lakin kontraktlar tarixçəsi və "iPhone 12 mini" modelinin pis satışları nəzərə alınsa, bu, inandırıcı görünür. Kompensasiyanın məbləği açıqlanmır.

Son xəbərlər