Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan hökuməti təyyarə qəzası ilə bağlı maraqlı səbəb açıqladı

10.01.2020 17:02 1 337
Qazaxıstan hökuməti təyyarə qəzası ilə bağlı maraqlı səbəb açıqladı
Qazaxıstanın “Bek Air” təyyarəsinin qəzaya uğramasına səbəb onun buzlaşması ola bilər.

TASS-ın məlumatına görə, bu barədə Qazaxıstan Baş nazirinin müavini Roman Sklyar brifinqdə bəyan edib.

“Meteoroloji məlumatların və “qara qutunun” təhlilini nəzərə alaraq qəzanın əsas versiyası təyyarənin buzlanma variantıdır”, - deyə Sklyar bəyan edib.

Komissiyanın məlumatlarından aydın olub ki, təyyarə buzlanma əleyhinə maye ilə qismən yuyulub: qanadlar bu məhlulla işlənməyib.

Məlum olub ki, bu, ilk belə hadisə deyil. Artıq bu yöndə tədqiqatlara başlanılıb.

Hazırda “Bek Air”in işi qeyri-müəyyən müddətə dayandırılıb. Yoxlamaların sonunda aviaşirkətin sonrakı taleyi barədə qərar veriləcək.

Xatırladaq ki, 2019-cu ilin dekabrın 27-də səhər “Bek Air” aviaşirkətinə məxsus təyyarə uçuşdan dərhal sonra qəzaya uğrayıb. Son məlumatlara görə qəza nəticəsində 12 nəfər ölüb, 67 nəfər yaralanıb. Ümumilikdə göyərtədə 93 sərnişin və beş heyət üzvü olub.

Son xəbərlər