Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qəzaya uğramış təyyarədən körpənin xilas edilməsi anı - VİDEO

28.12.2019 14:43 4 153
Qəzaya uğramış təyyarədən körpənin xilas edilməsi anı - VİDEO
Sosial şəbəkədə Qazaxıstanda qəzaya uğrayan laynerdən körpənin xilas edilməsi barədə video yayımlanıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Kadrlarda sinəsinə balaca uşağı sıxmış polisin təcili yardım maşınına tərəf qaçdığı görünür.

Xatırladaq ki, dekabrın 27-də səhər “Bek Air” aviaşirkətinə məxsus təyyarə uçuşdan dərhal sonra qəzaya uğrayıb.

İlkin ehtimallara görə, faciəyə səbəb olan mühərrikdə nasazlıq yaranıb. Qazaxıstan DİN-in məlumatına görə, qəza nəticəsində 12 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

Son xəbərlər