Şəkidə avtomobil 32 yaşlı qadını vurub
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Şəki sakini, 32 yaşlı Həcər Bəkirova yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
