Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Həyatın yaranmasının yarım əsrlik sirri açıldı

04.01.2020 13:35 5 045
Həyatın yaranmasının yarım əsrlik sirri açıldı
Vaşinqton Universitetinin (ABŞ) alimləri fosfat çatışmazlığının yarım əsrlik sirrini açıblar. Belə ki, fosfat ilk canlı orqanizmlərin yaranması üçün zəruri olsa da, konsentrasiyası qədim su hövzələrində olduqca az idi.

Bu barədə “EurekAlert!” portalında yerləşdirilmiş press-relizdə deyilir.

Mütəxəssislər quraqlıq şəraitində ətraf mühitdəki suyun çökmüş relyeflərə axması nəticəsində yaranan karbonatla zəngin gölləri öyrəniblər. Yüksək buxarlanma səbəbindən göldə duzlu qələvi qarışıqların miqdarı artır. Belələrini sodalı hövzələr adlandırırlar. Tədqiqatçılar Kaliforniyadakı Mono, Keniyadakı Maqadi və Hindistandakı Lonar da daxil olmaqla, belə göllərdə fosforun miqdarını müəyyən ediblər.

Məlum olub ki, karbonatla zəngin olan su hövzələrində fosforun miqdarı dəniz suyu, çaylar və digər göllərdən 50 min dəfə yüksəkdir. Bu, həyat üçün vacib olan kimyəvi elementin toplanmasına kömək edən ümumi mexanizmin mövcudluğunu göstərir. Aydın olub ki, karbonatlar fosforu suda sərbəst halda saxlayaraq, əsasən kalsiumla birləşmə yaradır.

Qədim zamanlarda su hövzəsində fosfatların fövqəladə səviyyəsi kimyəvi reaksiyalara gətirib çıxarıb ki, bunun da nəticəsində RNT komponentləri, zülallar, yağlar və həyat üçün vacib olan digər birləşmələr yaranıb. Erkən Yerin karbon qazı ilə zəngin atmosferi (təxminən dörd milyard il əvvəl) bu göllərin formalaşması üçün ideal idi və onlarda fosforun maksimum səviyyəsinə nail olmağa kömək edib.скачать dle 11.3
Mojo.az Banner