Mojo.az — elanlar
Son Xəbərlər
22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |    
Mojo.az Avto
Mojo.az Avto

Xərçənglə mübarizənin yolu tapıldı

22.08.2019 11:27 3 651
Xərçənglə mübarizənin yolu tapıldı
Bostonda Briqam qadın xəstəxanasının alimləri kimyaterapevtik preparatların təsir etmədiyi xərçəngin müalicə üsulunu tapıblar.

Bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə bildirilir.

Tədqiqatçılar aşkar ediblər ki, şişlərin müalicə olunmamasının qarşısını qlükoza-6-fosfat dehidrogenaz fermentinin yeni inhibitor sinfindən ibarət üç preparatın birləşməsi vasitəsilə almaq olar.

Bu ferment pentozofosfat adlandırılan metabolik yolun tərkibinə daxildir və bir çox vacib biokimyəvi reaksiyaları təmin edən əhəmiyyətli birləşmənin (NADP) yaranmasına cavabdehdir.

Məlum olub ki, xərçəng şişləri əlavə qlükozanı içinə çəkir və onun oksidləşmə (qlikoliz) prosesini və bədxassəli hüceyrələrin artması üçün enerji istehsalı prosesini aktivləşdirir. Bundan başqa, mitoxondriyalarda oksigenin istehlakı prosesinin gücləndiyi ortaya çıxıb.

Siçanlar üzərində aparılan sınaqların nəticələrinə əsasən, taksan, antrasiklin və qlükoza-6-fosfat dehidrogenaz inhibitorlarının birləşməsi süd vəzisi xərçəngindən əziyyət çəkən gəmiricilərin sağ qalma dərəcəsini artırır.

Son xəbərlər