Mojo.az Banner
Left Banner
Right Banner

Xəzər dənizində balıqçı qayığı dəmir boruya çırpıldı, ölən var

27.12.2019 22:31 1 826
Xəzər dənizində balıqçı qayığı dəmir boruya çırpıldı, ölən var
Xəzər dənizində balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

Median.Az
Trend-ə istinadən bildirir ki, hadisə Xəzər dənizinin Hövsan qəbəsə sahilinə yaxın "42-ci yanalma körpüsü" adlanan ərazidə qeydə alınıb. Paytaxt sakini, 1980-ci il təvəllüdlü Kudaybirqanov Emil Şamilyeviç iki dostu ilə birlikdə matorlu qayıqla balıq tutmaq məqsədi ilə dənizə gedib. Sahildən dənizə doğru 1 kilometr irəlilədikdən sonra qayıq dənizdə olan dəmir boru ilə toqquşub.

Nəticədə qayıq aşaraq çevrilib. Dostlar çevrilmiş qayığın üstünə çıxsa da, E.Kudaybirqanov donvurmadan ölüb. Digər iki şəxs DSX-nin Sahil Mühafizə Mərkəzinin Hövsan Sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən xilas edilib.

Meyitin müayinəsi üçün ekspertiza təyin olunub, faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner