Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tələbələri ölümlə üz-üzə qoyan səki – VİDEO

26.12.2019 17:29 4 068
Bakıda tələbələri ölümlə üz-üzə qoyan səki – VİDEO
Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub.

Bunu dünən jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol-nəqliyyat hadisəsinin qeydə alındığını, yol qəzalarında 738 nəfərin öldüyünü, 1535 nəfərin isə xəsarət aldığını söyləyib. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.

Diqqət etsək, görərik ki, yol qəzalarının az qala yarısı piyadaların vurulması ilə baş verir. Əksərən sürücülər baş verən piyada vurulmalarında qarşı tərəfi ittiham edirlər və onlara bu yöndə haqq da vermək olar.

Amma bəzən piyadalarda günah olmadığını da vurğulamaq lazımdır. Yol hərəkətində piyadaların hərəkətinin təhlükəsizliyinə cavabdeh olan qurumların öz işlərini lazımınca yerinə yetirməməsi qəzalara şərait yaradır.

Aşağıda təqdim etdiyimiz görüntülər “Gənclik” metrostansiyasının qarşısından keçərək Tibb Universitetinə qədər gedən Nəsib bəy Yusifbəyli küçəsindəndir. Yol kənarına əkilən şam ağaclarının baxımsızlığı piyadaları çətin duruma salır.

Ağacların qol-budaqlarına qulluq edilmədiyi üçün, demək olar, bütün səki bağlanıb. Hər gün yüzlərlə tələbə səkinin keçilməz hissəsinə görə maşın yoluna çıxmaq məcburiyyətində qalır. Burada baş verəcək hər hansı bir qəzada isə günahkar yenə piyada olacaq.
/oxu.az/


Son xəbərlər