Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

104 yaşlı azərbaycanlı səsvermədə - FOTO

23.12.2019 16:56 1 626
104 yaşlı azərbaycanlı səsvermədə - FOTO
Qusar rayonunun Düztahir kəndinin 104 yaşlı sakini bələdiyyə seçkilərinə səsvermədə iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1915-ci il təvəllüdlü Vəlimətova Nazirat Məhəmməd qızı səhhəti ilə əlaqədar məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

Səyyar seçki qutusunu qeydiyyatda olduğu 51 saylı Qusar seçki dairəsinin 20 saylı seçki məntəqəsindən onun yaşadığı ünvana gətiriblər. Seçdiyi namizədlərə səs verən 104 yaşlı Nazirat nənə xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

Bu vaxtadək Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Nazirat Vəlimətovanın indi yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Elə bu səbəbdən də, son illərdə keçirilən seçkilərdə onun yaşadığı ünvana daşınan seçki qutusu gətirilir. Onun səkkiz övladı, 18 nəvəsi və 10 nəticəsi var.

51 saylı Qusar seçki dairəsi üzrə yaşı 100-dən yuxarı cəmi iki seçici qeydə alınıb. Bu dairə üzrə ümumilikdə qeydə alınan seçicilərin sayı 44 min 400 nəfərdir. Seçicilər 25 bələdiyyə üzrə 625 namizəd arasında seçim edir.

Son xəbərlər