Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Vilayət Eyvazovdan əmr - Polis gücləndirilmiş iş rejiminə keçir

19.12.2019 14:05 1 630
Vilayət Eyvazovdan əmr - Polis gücləndirilmiş iş rejiminə keçir
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

DİN Mətbuat Xidmətindən oxu.az-a verilən məlumata görə, əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə respublikanın daxili işlər orqanları dekabr ayının 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Əmrdə qeyd olunur ki, Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir.

Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.

Son xəbərlər