Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Jurnalist vəsiqəsi ilə dələduzluq edən dörd nəfər saxlanılıb - VİDEO

17.12.2019 23:57 1 738
Jurnalist vəsiqəsi ilə dələduzluq edən dörd nəfər saxlanılıb - VİDEO
Qazaxda özlərini jurnalist kimi təqdim edən dörd nəfər bir qrup rayon sakininə qarşı dələduzluq edib.

Baku TV xəbər verir ki, onlar “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəkləri ilə bağlı vəd edərək həmin şəxslərdən müxtəlif məbləğlərdə pul alıblar.

Qazax Rayon Polis İdarəsinin əməkdaşları daxil olan şikayət əsasında dələduzluq etməkdə şübhəli bilinən dörd nəfəri saxlayıb.

Araşdırmalar zamanı onların Sabirabad rayon sakinləri - 27 yaşlı Pərviz Fərəcov və 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətov olduqları aşkarlanıb.

Lakin jurnal rəhbərliyinin bir müddət əvvəl həmin dörd nəfərin fəaliyyətinə xitam verdiyi məlum olub.

Buna baxmayaraq, onlar özlərini “Ziyalılar” beynəlxalq ictimai-siyasi qəzetinin təmsilçiləri kimi təqdim edərək öz əməllərini davam etdiriblər.

Dəstəyə rəhbərlik edən Kənan Hümbətov bu işlə planlı şəkildə məşğul olduqlarını və əməlləri sayəsində müəyyən məbləğdə pul qazandıqlarını etiraf edib. Kənan Hümbətov əsas hədəf kimi təhsil müəssisələri seçdiklərini bildirib.

Onlar Qazaxla yanaşı, digər bölgələrdə də oxşar yolla qazanc əldə ediblər. Dəstə üzvlərindən və kirayə yaşadıqları mənzillərdən müxtəlif şəsxlərlə bağlanılmış müqavilə, tərcümeyi-hal, eləcə də, özlərinə aid jurnalist vəsiqələri aşkar edilərək maddi sübut kimi götürülüb.

Dəstənin digər üzvləri də törətdikləri əməli etiraf ediblər.

Bu şəxslərin əməlindən zərər çəkən digər vətəndaşlar DİN-in “102 Zəng Mərkəzi”nə və ya polis şöbələrinə məlumat verə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər