Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitində çıxış edib

16.12.2019 23:26 1 849
Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitində çıxış edib
Dünya Beyin Mərkəzləri Sammiti 11-14 dekabr tarixində Brazilyanın Rio De Janeiro şəhərində təşkil edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi kimi tədbirdə iştirak edib.

CESD-nin sədri, iqtisadçi alim Vüqar Bayramov sammit çərçivəsində təşkil edilən “Maltipolar Dünyada Maltilateralizm: Münaqişələr və Böhranlar yoxsa Sülh və İnkişaf?” adlı plenar iclasda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçiləri ilə birlikdə qlobal və regional iqtisadi məsələləri müzakirə edib.

Roberta Braganın ( ABŞ Atlantik Şurası) sədrlik etdiyi plenar iclasda Brain Hanson (ABŞ Qlobal Məsələlər üzrə Çikaqo Şurası), Alvaro Mendez (Böyük Britaniya London İqtisadiyyat Mərkəzi İDEAS), Carlos Carnero ( İspanya, Fundacion Alternatives) və Pablo Genta (Xarici Əlaqələr üzrə Urquvay Şurası) birlikdə gündəmdəki qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.

CESD sədri bildirib:

“Müzakirələr göstərir ki, qlobal səviyyədə aparıcı beyin mərkəzlərin təsir imkanları genişlənməkdədir. Bununla yanaşı, beynəlxalq institutların daha aktiv olması və onlara inamın qaytarmasına çalışılmalıdır. İqtisadi məsələlər ilə yanaşı, regional münaqişələrin həll edilməməsi məhz qlobal güclərə olan etimadı azaldır. 2 saatlıq müzakirədə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu daxil olmaqla qlobal instituların fəaliyyəti daxil olmaqla mövcud dünya nizamı, qlobal oyun qaydaları ilə bağlı beyin müzakirəsi də aparıldı”.

Qeyd edək ki, CESD beynəlxalq qiymətləndirmədə son 10 ildə Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi seçilir. Mərkəz ABŞ-ın Harvard Universitetinin rəsmi beyin mərkəzi katoloquna daxil edilib.

Son xəbərlər