Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO

12.12.2019 12:59 3 296
KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO
Dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik.

Baku.ws xəbər verir ki, “KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.

Onlar barədə bəzi məlumatları əldə etmişik.

Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.

Məktəbin direktor müavini Təranə Paşayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, Tural Cabbarlı nümunəvi şəgirdlərdən olub.


“O, həm dərslərini yaxşı oxuyurdu, həm də nizamlı şagirdlərimizdən idi. Davranış qaydalarında da nümunəvi idi. Dərslərini də yaxşı oxuyurdu.

Hadisədən çox kədərlənmişik. İndi də özümə gələ bilmirəm, sanki yuxudayam, inanmağım gəlmir”, - deyə Təranə Paşayeva bildirib.


Tural Cabbarlı ailənin ikinci övladı olub. Ondan böyük qardaşı xaricdə təhsil alır.

Qeyd edək ki, Dilarə Bəxtiyar qızı Sultanlı Füzuli rayon 48 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, bu məktəbə 10-cu sinifdən daxil olub.

Əvvəllər isə Biləcəri qəsəbəsində yerləşən 314 nömrəli tam orta məktəbdə təhsil alıb.

Məktəbin direktoru Nadir Əliyev Baku.ws-ə açıqlamasında bildirib ki, Dilarə Sultanlı oxuduğu dövrdə çox bacarıqlı şagirdlərdən olub. Həm dərslərində, həm də nizam-intizamda nəticələri əla olub.


Dilarə Sultanlının hazırda təhsil aldığı 48 nömrəli tam orta məktəbdən də onun barəsində xoş sözlər söylədilər. Bildirildi ki, Dilarə Sultanlı çox yaxşı şagird olub. Dərslərində bacarıqlı olub, nizam-intizamlı şagirdlərdən olub.

Qeyd edək ki, Dilarə Sultanlı ailənin yeganə övladı olub.

Son xəbərlər