Mojo.az Banner
11:30 Gecələr tez-tez oyanmağın üç qeyri-aşkar səbəbi  |     11:24 İctimai "Wi-Fi" şəbəkələrinə qoşularkən DİQQƏT: Saxta yeniləmə tələsi  |     11:15 Alimlər itlərdə allergiyaya səbəb olan geni dəyişdilər  |     11:10 Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı  |     11:04 Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş  |     23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |     22:55 Bloqer canlı yayımda öldürüldü  |     22:47 Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir  |     22:38 Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB  |     22:33 Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb  |     22:30 Paşinyan Trampın Azərbaycan-Ermənistan sülhündəki rolundan danışdı  |     22:29 Daha üç küçədə təmir işlərinə başlanılır  |     22:27 Ukraynada raket çatışmazlığı: Zelenski siyasi səbəbdən şübhələnir  |     22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |     21:00 Marsda nə vaxtsa həyat olub? - YENİ NƏTİCƏ  |    
Left Banner
Right Banner

Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - Rəsmi AÇIQLAMA

30.09.2024 13:06 1 170
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - Rəsmi AÇIQLAMA
Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü deyilir.

Bu barədə "Qafqazinfo"ya müraciət daxil olub. İddiada qeyd edilib ki, Fiziki tərbiyə müəllimi Azər Bəşirov və Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər.

Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsindən belə cavab verilib: "26.09.2024-cü il Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin səhər növbəsinin I saatında, təqribən 08:30-08:45 arasında məktəbin 11-ci sinif şagirdi B.Ü. Gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsindən məktəbin yeməkxanasına gedərkən məktəbin həyətində fiziki tərbiyə dərsində olan 9-cu sinif şagirdi J.A.-ya topu zərblə atıb və top qızın qarın nahiyəsinə möhkəm dəyib. Nəticədə fiziki tərbiyə müəllimi Azər Musayib oğlu Bəşirov 11-ci sinif şagirdini tənbeh edib.

Qeyd edirik ki, J.A. 3 ay bundan əvvəl qarın nahiyəsindən əməliyyat olunub və müəllimin digər şagirdə sərt reaksiyası da bu səbəbdən olub. Nəticədə məktəb rəhbərliyi şagirdləri və müəllimi dəvət edərək onların izahatını alıb və barışıq edib".

Açıqlamada qeyd edilib ki, müəllim polis şöbəsinə də dəvət edilib:

"Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Azər Musayib oğlu Bəşirov polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyü üçün dəvət olunduğu qeyd edilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər".скачать dle 11.3
Mojo.az Banner