Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildi

10.12.2019 17:46 2 499
YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildi
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

YAP İdarə Heyətinin iclasında bildirilib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir.

Qeyd olunub ki, bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur.

“Bu baxımdan 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək seçkilər YAP-ın öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir”,-deyə bildirilib.

Əlavə olunub ki, çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən YAP-ın bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

İclasda Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

Son xəbərlər